"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ilk oyununda sabah “Dalğa Arena”da Çexiyanın “Slovan”ı qəbul edəcək. Qaynarinfo.Az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyun öncəsi mətbuat konfransında öz fikirlərini bildirib:
“Həm bizə, həm də digər təmsilçimiz “Qəbələ”yə uğurlu start arzulayıram. Bir ildən sonra yenidən qrup mərhələsində mübarizəyə başlayacağıq. Rəqibimiz ciddidi. Bu il Avroliqanın qrup mərhələsinə qədər 4 oyun keçiriblər və 4 qələbələri var. Son 3 ildə 2 dəfə qrupda oynayıblar. “Sevilya” kimi komandaya qarşı matçda çox yaxşı nəticə əldə ediblər. Belə bir rəqibə qarşı oynamaq bir tərəfdən çətin, digər tərəfdən maraqlı olacaq. Uğurlu nəticə əldə edib azarkeşlərimizi sevindirməyə çalışacağıq”.
Qaynarinfo.Az