
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bu ay Azərbaycan millisini qəbul edəcək Şimali İrlandiyanın heyəti açıqlanıb.
Qaynarinfo.Az xəbər verir ki, baş məşqçi Maykl Onil 25 futbolçuya dəvət göndərib.
Çalışdırıcı zədədən əziyyət çəkən İngiltərənin "Uotford" klubunun mərkəz müdafiəçisi Kreyq Ketkartı milliyə çağırmayıb:
Qapıçılar: Maykl MakQovern ("Hemilton", Şotlandiya), Alan Mannus ("Sent-Conston", Şotlandiya), Trevor Karson ("Hartlpul", İngiltərə);
Müdafiəçilər: Qaret MakOli, Conni Evans, Kris Brant (hər üçü "Vest Bromviç", İngiltərə), Aron Hyuz ("Kerala", Hindistan), Konor MakLaflin ("Flitvud", İngiltərə), Li Hodson ("Milton Kins Dons", İngiltərə), Rayan MakQivern ("Şrusberi", İngiltərə), Tom Flanaqan ("Barton", İngiltərə);
Yarımmüdafiəçilər: Stiven Devis ("Sauthempton", İngiltərə), Nayall MakQinn ("Aberdin", Şotlandiya), Oliver Norvud ("Redinq", İngiltərə), Ceymi Uard ("Nottinqem Forest", İngiltərə), Korri Evans ("Bləkbörn", İngiltərə), Şeyn Ferqyuson ("Milluoll", İngiltərə), Stüart Dallas ("Lids", İngiltərə), Paddi MakNeyr ("Mançester Yunayted", İngiltərə), Mettyu Lənd ("Roşdal", İngiltərə), Pol Peton ("Dandi Yunayted", Şotlandiya);
Hücumçular: Kayl Lafferti ("Birmingem", İngiltərə), Konor Vaşinqton ("Kuinz Park Reyncers", İngiltərə), Uill Qriqq ("Uiqan", İngiltərə), Coş Maqennis ("Kilmarnok", Şotlandiya).
Bu arada rəqib çalışdırıcı da oyun haqda danışıb. Avropa çempionatında zədəsinə görə iştirak edə bilməyən Kris Brant və seçmə mərhənin ilk 3 matçında şəxsi səbəblər üzündən çıxış etməyən Uill Qriqqin qayıdışına sevinən Maykl Onil matç barədə bunları deyib:
"Bizi ağır oyun gözləyir. Onlar qol buraxmadan 9 xaldan 7-sini toplayıb və seçmə mərhələyə yaxşı başlayıblar. Evdə Norveçə qalib gəlib, səfərdə Çexiyadan 1 xal götürüblər. Ancaq real yanaşsaq, Azərbaycan bizə hücum edəcək komanda deyil, onların sadəcə çox yaxşı qurulmuş komandaları var. 3 oyunlarına baxmışam. Çox çətin oyun olacağını gözləyirik. Çox güclü müdafiələri var və bizə qarşı müdafiədən oynayacaqlar. Bu oyunda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, yığmamızla noyabrın 11-də Bakı vaxtı ilə saat 23:45-də qarşılaşacaq Şimali İrlandiya millisi bundan 4 gün sonra Xorvatiya ilə yoldaşlıq görüşü keçirəcək.
Qaynarinfo.Az