Xəbər lenti

"Azərbaycan millisinə rəhbərlik etdiyim vaxtdan orda inkişaf var" - Prosineçki
İdman10:53 30.06.2016

"Azərbaycan millisinə rəhbərlik etdiyim vaxtdan orda inkişaf var" - Prosineçki

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Milli komandamızın baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlama verib.

Qaynarinfo.az xəbər verir ki, 47 yaşlı mütəxəssis DÇ-2018-in seçmə mərhələsində rəqiblərlə başabaş mübarizə aparacaqlarını bildirib: 

“Azərbaycan millisinin seçmə mərhələdə rəqiblərinə çətinlik yaradacağına inanıram. Bütün rəqiblərimizlə başabaş mübarizə aparacağıq. Amma final mərhələsinə yüksələcəyimizi söyləyə bilmərəm. Bu, çətindir. Onu dəqiq deyə bilərəm ki, Azərbaycan millisinə rəhbərlik etdiyim vaxtdan orda inkişaf var”. 

Qeyd edək ki, DÇ-2018-in C qrupunda yarışacaq millimiz Almaniya, Çexiya, Norveç, Şimali İrlandiya və San Marino ilə yığmaları ilə mübarizə aparacaq. Bunlardan Almaniya, Çexiya və Şimali İrlandiyanın Avropa çempionatının iştirakçısı olması qrupun çətinliyindən xəbər verir.

Qaynarinfo.az