
Türkiyənin “Yeni Şafak” qəzetində dərcolunmuş bir məqalə Ermənistanda vahimə yaradıb.
Anspressin məlumatınagörə, qəzet Azərbaycan ordusunun çox sayda tankının cəbhə xəttinə doğru irəlilədiyinibildirib:
“Azərbaycan ordusu rəsmi olaraq bir açıqlama verməsədə, son iki gündür ki, sosial mediada çox sayda zirehli birliyin döyüşlərin sıxgetdiyi olduğu bölgələrə aparıldığı bildirilir. Qarşıdurmaların sürdüyü bölgəyəkönüllü olaraq getmək istəyənlərə yerli təhlükəsizlik gücləri icazə vermir.Jurnalistlərin cəbhəyə yaxın bölgələrə getməsinə icazə verməyən səlahiyyətlilərgərginliyin davam etdiyini, vəziyyətin ağır olduğunu söyləməklə kifayətlənirlər”.
Məlumat “Yeni Şafak”a istinadən Ermənistanın“Armenian Report” portalında da dərc etdirilib. Ermənistan ordusunun çox saydaitki verdiyini qeyd edən portal yazır: “Erməni tərəfi belə böyük itkininolmasını təkzib edir. Azərbaycan Müdafiə Nazirliyi isə erməni tərəfinlən itkilərinindəqiq sayını bildirməkdən imtina edib, yalnız qeyd edib ki, düşmən böyük saydaitki verib”.
Qaynar.info