Xəbər lenti

"Azərbaycan oyunçularının çıxışından qürur duya bilər" - UEFA rəsmisi
İdman09:13 25.05.2016

"Azərbaycan oyunçularının çıxışından qürur duya bilər" - UEFA rəsmisi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mayın 5-dən 21-dək Bakıda keçirilmiş UEFA U-17 Avropa çempionatı barədə turnirin təşkilati prosesində iştirak etmiş UEFA rəsmiləri fikirlərini bildiriblər.

Qaynarinfo.az həmin UEFA rəsmilərinin fikirlərini təqdim edir.

Lens Kelli (Milli komandalar üzrə turnirlərin rəhbəri): “Turnirdə iştirak edən bütün komandalar Bakıda gördükləri yüksək səviyyəli idman infrastrukturunu, oteldəki şəraiti, qonaqpərvərliyi yüksək qiymətləndirdilər. 13 illik fasilədən sonra Portuqaliya yığması baxımlı oyun nümayiş etdirərək Avropa çempionatının qalibi oldu”.

Klaudio Neqroni (U-21 və yeniyetmələr üzrə turnirlərin baş meneceri): “Turnirin startında gələcək Avropa çempionuna – Portuqaliya yığmasına qarşı çətin oyuna baxmayaraq, Azərbaycan komandası qrupdan çıxmağa yaxın idi. Bu komanda öz oyunçularının çıxışından qürur duya bilər. Şübhəsiz ki, bu turnir təşkilati təcrübə, idman infrastrukturu və oyunçuların inkişafı baxımından Azərbaycanda futbolun yüksəlişinə mühüm təsir göstərəcək. Bu, Avropada yeniyetmə futbolunun böyük miqyasda təbliği idi və biz səmimi qəlbdən yarışın Yerli Təşkilat Komitəsinin rəhbərliyi altında çalışan hər bir kəsə dərin təşəkkürümüzü bildiririk”.

Pyerpaskal Larotonda (UEFA Avropa çempionatı U-17 Layihəsinin rəhbəri): “Azərbaycan – Portuqaliya açılış oyununu stadionda 33 min azarkeşin izləməsi yeniyetmələrdən ibarət komandaların Avropa çempionatları tarixinin rekord göstəricisi idi. Hamımız bu nailiyyətlə qürur duymalıyıq. Yarışın uğurlu təşkili AFFA və UEFA komandaları arasındakı müştərək fəaliyyətin nəticəsidir. Unikal komanda işini biz operativ olaraq oyun meydanlarında izləyə bilirdik”.

Qeyd edək ki, bu turnirin finalında Portuqaliya penaltilər seriyasında qonşusu İspaniyanı məğlub edərək çempion olub.

Qaynarinfo.az