Xəbər lenti

"Azərbaycana qarşı hər şey olduqca yaxşı alındı" - Daniil Davıdov
İdman15:29 10.02.2016

"Azərbaycana qarşı hər şey olduqca yaxşı alındı" - Daniil Davıdov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Futzal üzrə Rusiya millisinin üzvü Daniil Davıdov Rusiya mətbuatına və yerli futbol ittifaqının saytına müsahibə verib.

Qaynar.info xəbər verir ki, "Qazprom-Yuqra"nın 27 yaşlı müdafiəçisi Azərbaycanla oyunlarının alınmasından da danışıb:

"Düzdür, ilk oyunlarda müəyyən çətinliklərlə qarşılaşacağımızı gözləmirdim. Xorvatiyaya qarşı yoldaşlıq matçlarında oynamışdım. UEFA Kubokunda isə Qazaxıstan millisinin əsasını təşkil edən "Kayrat"a qarşı çıxış etmişdim. Ancaq Avropa çempionatında bu komandalara qarşı istədiyimiz hər şeyi edə bilmədik, xüsusən də topa nəzarətdə. Azərbaycana qarşı isə hər şey olduqca yaxşı alındı. Əlbəttə, ideal oyun göstərmədik, çünki rəqibin əks-hücumları və təhlükəli vəziyyətləri oldu. Ancaq ümumilikdə biz topa yaxşı nəzarət etdik. Bu da nəticəsi".

Qeyd edək ki, Rusiya millisi dünən yığmamıza Avropa çempionatının 1/4 finalında 6:2 hesabı ilə qalib gəlib.

Qaynar.info