Xəbər lenti

"Azərbaycanda cəmi 20 bank qalacaq" - Millət vəkili
Ekonomiks12:14 07.02.2017

"Azərbaycanda cəmi 20 bank qalacaq" - Millət vəkili

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“2014-2015-ci illərdə banklar 3-5% gəlir götürsələr də, ötən il bank sektorunun zərəri 1 milyard manatdan çox olub”.
Qaynarinfo.Az fins.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
V.Əhmədov hesab edir ki, bu gün Azərbaycanda 32 bank çoxdur: “Bankların birləşməsi və ya bağlanması o vaxta qədər davam edəcək ki, ölkədə cəmi 20-ə yaxın bank qalacaq. Bu proses 1 il də davam edə bilər, 2 il də".
Millət vəkili həmçinin deyib ki, Azərbaycan iqtisadiyyatının inkişafı üçün ən önəmli məsələ bank sisteminin sağlamlaşdırılmasıdır. Söhbət bankların bağlanmasından deyil, birləşməsi, təmərküzləşmə prosesindən gedir.
Qaynarinfo.Az