
Keçmiş SSRİ ölkələrinin futbol klubları arasında keçirilən Birlik Kuboku (Kubok Sodrujestva) yenidən fəaliyyətini bərpa edə bilər.
Qaynarinfo.Az xəbər verir ki, bu haqda Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko bildirib. Oktyabradək Rusiyanın idman naziri də işləmiş Mutko bildirib ki, AFFA-dan bu turnirin keçirilməsi ilə bağlı yaxşı təklif də alıblar:
"Biz Çeferinlə (UEFA prezidenti Aleksander Çeferini nəzərdə tutur - red.) bu mövzuda danışmışıq. Əgər klubları bu turnirə qaytarmaq istəyiriksə, ondan düşünmək lazımdır ki, bunu necə edək. Məsələn, cənubda keçirmək olar. Soçi variantı kimi. Azərbaycandan olan həmkarlarımdan da yaxşı təkliflər var. Mükafat fondunu yaxşı etmək olar. Gənclər yığması ilə turnir keçirmək uğursuz variantdır".
Qeyd edək ki, 1993-cü ildən keçirilən Birlik Kuboku 2011-ci ildə dayandırılıb. Həmin müddətdə Azərbaycanın "Neftçi", "Xəzər Lənkəran" və "İnter" komandaları qalib adını qazanıb. Bundan sonra turnir gənclər və aşağı yaş qrupları yığmaları arasında keçirilib. Ötən ilin iyulunda Vitali Mutko belə bir yarışın artıq təşkil olunmayacağını açıqlayıb.
Qaynarinfo.Az