
Mayın 23-dən iyunun 4-dək Avstriyada Azərbaycan milli komandasının təlim-məşq toplanışı təşkil olunacaq.
Qaynar.info xəbər verir ki, hazırlıq prosesi çərçivəsində iyunun 3-də millimiz Kanada yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Kanadalılar üçün bu matç sentyabrda dünya çempionatının 2 seçmə oyunu - Hondurasla səfər və Salvadorla ev görüşünə hazırlıq xarakteri daşıyacaq. Bu 2 milli komanda tarixlərində ilk dəfə üz-üzə gəlmək imkanı əldə edəcək.
Kanada millisinin ispaniyalı baş məşqçisi Benito Floro bu haqda danışıb: "Biz hesab edirik ki, iyunda keçiriləcək bu matç oyunçularımız üçün çox yaxşı sınaq olacaq. Avropadakı bu təlim-məşq toplanışı vacibdir. Çünki bu bizə praktika qazanmaq imkanı verəcək və komanda daxilində müsbət ab-hava yaradacaq".
Qeyd edək ki, millimiz martın 26-da Türkiyənin Antalya şəhərində Qazaxıstanla yoldaşlıq matçı keçirəcək. Kanada isə martın 25-də Vankuverdə Meksika ilə seçmə oyuna çıxacaq.
Qaynar.info