
Şimali İrlandiya millisinin qapıçısı Trevor Karson millidə debüt etmək ümidlərinin üzərindən xətt çəkib.
Qaynarinfo.Az xəbər verir ki, 28 yaşlı qolkiperə Azərbaycan üzərində noyabrın 11-də qazanılmış 4:0 hesablı qələbədən sonrakı matçda meydanda ən azı 1 hissə olacağına söz verilibmiş. Ancaq Xorvatiya ilə yoldaşlıq oyununda onun ilk dəfə əsas yığma ilə meydanda olmaq arzusu gerçəkləşməyib.
Belə ki, o, Belfastdan İngiltərənin Nyukasl şəhərinə - komandası "Hartlpul Yunayted"in "Çeltnem Taun"la oyununa yollanıb və həmin matçın ilk hissəsində barmağından zədə alıb. Onu yığmanın həkimlərinin də yoxlaması üçün yenidən Belfasta göndəriblər. Karson isə oynaya bilməyəcəyini nəzərə alaraq zədəsinə görə yığmadan ayrılmaq qərarına gəlib.
Futbolçu özü bunları deyib: "Azərbaycanla oyundan sonra mən debütümə hazırlaşırdım. Baş məşqçi demişdi ki, mənə 45 dəqiqə şans verəcək. Ancaq növbəti gün zədə aldım. Halbuki Belfastdakı oyun üçün mən hətta ailəm üçün uçuş bileti təşkil etmişdim".
Qaynarinfo.Az