Xəbər lenti

"Azercell" abunəçilərinin nəzərinə! - Dələduzlar var
Ekonomiks14:24 22.03.2014

"Azercell" abunəçilərinin nəzərinə! - Dələduzlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Azercell Telekom” şirkəti abunəçilərinə müraciət edib.

Şirkətdən APA-ya verilən məlumata görə, son günlər “Azercell” şəbəkəsi istiqamətində beynəlxalq mobil dələduzların fəallaşmasını nəzərə alaraq abunəçilərə daha diqqətli olmaq tövsiyə edilir.
 
"Azercell Telekom” şübhəli məzmunlu SMS-lərə geri dönüş etməməyi, həmin SMS-də göstərilən beynəlxalq nömrələrə zəng etməməyi məsləhət görür: “Əks halda, nömrənizin hesabında böyük məbləğdə xərclər yarana bilər. Şirkətin həyata keçirdiyi yeni kampaniya, tarif planları və digər məhsullar barədə məlumatlar Azercell-in rəsmi saytı, Facebook səhifəsi və mətbuat kanalları vasitəsilə abunəçilərə çatdırılır".

Qaynar.info