Xəbər lenti

"Azercell"dən "Eurovision" açıqlaması (VİDEO)
Ölkə12:15 22.05.2013

"Azercell"dən "Eurovision" açıqlaması (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kiril Qaburiç: "Bizim buna heç bir aiddiyətimiz yoxdur"

“Eurovision-2013” mahnı müsabiqəsinin finalında Azərbaycandan Rusiyaya səslərin verilməsi zamanı hesablamanın düzgün aparılmaması, nəticədə Rusiyaya sıfır bal verilməsinə Azərbaycanda ən böyük mobil operatorlardan biri olan "Azercell" şikətindən rəsmi açıqlama gəlib. Şirkətin prezidenti səslərin sayında iştirak etmədiklərini və səslərin alman şirkəti tərəfindən hesablandığını bildirib. 

“Bizim buna heç bir aiddiyətimiz yoxdur, çünki biz müştərilərimizdən səslər alaraq dərhal onlayn-rejimində göndəririk. Biz belə demək olsa, səslərin ötürülməsində texniki vasitəçiyik. Bütün səslər barədə məlumat həmin bu alman şirkətindədir. Hansı ki, biz birinci il deyil, əməkdaşlıq edirik və müqaviləmiz var. Biz heç vaxt səslərin sayılmasında iştirak etmirik”, - deyə "Azercell" şirkətinin prezidenti Kiril Qaburiç bildirib.

Qaynar.info