Xəbər lenti

"Azərsu" prezidentinin qardaşına şok ittihamlar - FOTOFAKT
Ölkə13:54 17.05.2016

"Azərsu" prezidentinin qardaşına şok ittihamlar - FOTOFAKT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
3 milyonluq korrupsiya faktı, dəbdəbəli villalar, otel və istirahət mərkəzləri... 

Faiq Hüseynov və Şamil Abdullayev təkcə, «ARAM ARİES» avadanlığının ehtiyat hissəsinin tender yolu ilə alınmasından əldə etdiyi pulla özünə otel tikdiriblər

«Azərsu» QSC-nin prezidenti Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovun adı növbəti korrupsiya qalmaqalında hallanır.

Qaynarinfo.az-a göndərilən məktubda vurğulanır ki, SOCAR-ın Kompleks Qazma İşləri Trestinin rəis müavini vəzifəsində işləyən Faiq Hüseynov həyata keçirilən tenderlərdə milyonlarla manat vəsait əldə edib.

Məlumat verən mənbə bildirir ki, Faiq Hüseynov tenderlərin keçirilməsinə birbaşa özü nəzarət edir. Bu zaman qiymətlər 7-8 dəfə şişirdilir.

Aşağıda göstərilən qaimələr isə həmin tenderlər zamanı ayrılmış vəsaitlərə aiddir. Və bu zaman olduqca ilginc məqamlar ortaya çıxıb. Çünki həqiqətən də ortada bir avadanlıq üzrə milyonlarla manat pulun silindiyi açıq şəkildə görünür.

Aşağıda göstərilən qaimələrdə təkcə bir avadanlığın bir ehtiyat hissələri üçün sərf olunmuş vəsait qeyd olunub. Belə ki, «ARAM ARİES» adlı həmin avadanlığın ehtiyat hissələri olan RAM-ların alınması zamanı şirkət külli miqdarda büdcə vəsaitini silib.

Qaimələri, onların hansı tarixlər üçün imzalandığını təqdim edirik:

23.02.2011-ci il Qaimə №117556

28.02.2011-ci il Qaimə №117590

30.12.2011-ci il Qaimə №490021,490022

29.01.2012-ci il Qaimə №490093

21.02.2012-ci il Qaimə №490122

16.03.2012-ci il Qaimə №490263

09.04.2012-ci il Qaimə №490263

12.04.2012-ci il Qaimə №490312

17.07.2012-ci il Qaimə №490624, 490625, 490626, 490627 490628, 490629, 490630, 490631

20.07.2012-ci il Qaimə № 490634

19.04.2013-cü il Qaimə №491641

17.05.2013-cü il Qaimə №616704

31.05.2013-cü il Qaimə №616739

13.08.2013-cü il Qaimə №617049, 616954, 616955, 616956, 616957

25.08.2013-cü il Qaimə №616958

01.10.2013-cü il Qaimə №617049


Verilən məlumatda vurğulanır ki, qeyd olunan cədvəldə «ARAM ARİES» avadanlığının ehtiyat hissələrinin qiyməti dəfələrlə şişirdilib. Avadanlığın ehtiyyat hissəsi olan Ram yaddaş qurğusunun faktiki qiyməti 1500-2000 AZN arasında olduğu halda, 2010-cu ildə 9432 AZN, 2011-ci ildə isə 19350 AZN-ə alınıb.

Mənbə bildirir ki, bu ehtiyat hissələri idarəyə Faiq Hüseynovun kiçik övladının kirvəsi Şamil Abdullayev tərəfindən alınıb: «Məhz bu avadanlıqlar alındıqdan sonra Şamil Abdullayev Xətai rayonu dairəsinin üst hissəsində yerləşən “PARK HAUSE” kompleksini tikdirib. Əlavə qeyd edim ki, Şamil Abdullayev “PARK HAUSE” kompleksinin sahibi kimi tanınır».

Mənbə qeyd edir ki, təkcə, «ARAM ARİES» avadanlığının ehtiyat hissəsinin alışı zamanı Faiq Hüseynov Şamil Abdullayev vasitəsi ilə 3 milyon manatdan artıq pul mənimsəyiblər. Aşağıda yayımladığımız cədvəl isə indiyə qədər tender yolu ilə həyata keçirilmiş işlərdən əldə olunan gəlirləri ehtiva edən sənədlərin bir qismidir. Məlumatlara görə, həmin məbləğlərin böyük qismi Faiq Hüseynov tərəfindən mənimsənilib.

Qeyd edək ki, bir müddət əvvəl də mənbə saytımıza Faiq Hüseynovun və yaxınlarının sahib olduğu mülk və istirahət mərkəzlərinin siyahısını və fotolarını təqdim etmişdi.

Qaynarinfo.Az