Xəbər lenti

"Azərsu" rəhbərinin adı yeyinti qalmaqalında
Ölkə06:38 23.10.2013

"Azərsu" rəhbərinin adı yeyinti qalmaqalında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ASC rəhbərliyi Ağdam və Bərdə Su-Kanal İdarələrinin rəislərindən aylıq haqq alırmış...

"Azərsu" ASC ilə bağlı maraqlı faktlar ortaya çıxıb. belə ki, qurumun adı böyük maliyyə yeyintilərində hallanır. Azerinews.org xəbər verir ki, şirkətin adıyla hallanan daha bir milyonluq yeyinti xəbəri bu günlərdə üzə çıxıb. 

Bildirilir ki,  ASC-nin Ağdam və Bərdə rayonlarındakı Su-Kanal İdarələri sözün həqiqi mənasında insanları susuz qoyub. Hər iki rayonun sakinləri etdikləri müraciətlərində vurğulayıblar ki, artıq yaşanan vəziyyətə dözə bilmirlər. 

Onların sözlərinə görə, Ağdam və Bərdə Su-Kanal İdarələrinin rəhbərləri Şahmar Rzayev və Vilayət Zamanov talançılıqla məşğul olmaqla yanaşı, əhalinin içməli suya olan təlabatının ödənilməsinə də dıranaqarası baxırlar. 

Sakinlərin dediyinə görə, artıq neçə illərdir içməli suyu satın alırlar. Hər maşın üçün 20-30 manat pul xərclədiklərini bildirən sakinlər bildirirlər ki, elə həmin suları da məhz Su-Kanal İdarələrinin müdirlərinin nəzarəti altında satışa çıxarıblar. Yəni bu qazanclar da onlara qalır. 

Bərdə və Ağdamda durumun dəhşətli şəkil aldığını, əhalinin su almaq üçün maddi imkanının çatmadığını vurğulayan rayon camaatı qeyd edir ki, bu şəkildə davam edərsə, işlər heç də yaxşıya doğru getməyəcək. Onlar Su-Kanal İdarələrinin rəislərinə yaranmış problemlə bağlı müraciət etsələr də, əhəmiyyət verilməyib. Daha doğrusu, idarələrin rəhbərləri bildiriblər ki, «Azərsu» rəhbərliyinin aylıq haqqını çatdırmaq üçün içməli suyu əhaliyə müxtəlif variantlarla satmaq məcburiyyətindədirlər.

Qeyd edək ki, «Azərsu» ASC-nin rəhbəri Qorxmaz Hüseynovdur. Bu şəxs şirkətə rəhbər təyinatı aldıqdan sonra adı milyardlıq qalmaqallarda belə hallanıb. Və bu yeyintiyə dair məlumatların da əsasən Bakını əhatə etdiyi vurğulanır. Amma onun rayonlarda ASC-nin nəzdində olan idarələrdə də heç də kiçik olmayan pullara göz dikdiyi də bu məlumatlardan məlum olur. 

Qaynar.info