Xəbər lenti

"Bakı-2015"in açılış günündə hava necə olacaq?
Ölkə08:24 11.06.2015

"Bakı-2015"in açılış günündə hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında temperatur rejimində ciddi dəyişiklik gözlənilmir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Qaynar.info-ya verilən məlumata görə, iyunun 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz və axşam yarımadanın bəzi yerlərində güclənəcək.
Abşeron yarımadasında havanın temperaturu gecə 19-23°, gündüz 27-32° isti olacaq.
Azərbaycanın rayonlarında da iyunun 12-də hava əsasən yağmursuz olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı arabir güclənəcək.
Havanın temperaturu aran rayonlarında gecə 18-23°, gündüz 32-37°, dağlarda gecə 10-15°, gündüz 21-26° isti olacaq.
Qaynar.info