Xəbər lenti

"Bakı şəhərini yenidən tikmək lazımdır" - Ekspert
Ekonomiks08:51 15.09.2016

"Bakı şəhərini yenidən tikmək lazımdır" - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxtda yarana biləcək nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının ötən ilki qərarına əsasən, respublikanın digər regionlarının qeydiyyatında olan avtomobillərin Bakı şəhərinə girişi ilə bağlı məhdudiyyət davam edir və məhdudiyyətin tətbiq olunmasına nəzarət sentyabr ayının 15-dən daha da gücləndirilib.

Məsələ ilə bağlı Qaynarinfo.Az-a danışn ekspert Ərşad Hüseynov bildirib ki, bu təcrübə vasitəsilə Bakı şəhərində sıxlığın azaldılması mümkün deyil.

Ekspertin qeyd edib ki, bu qərar ötən ildən var:"Heç kim onu dəyişməyib.Bu məsələyə o qədər nəzarət olmadığına görə, rayon qeydiyyatlı maşınlarla şəhərə gəlirdilər. Sentyabr ayından dərs ili ilə bağlı nəzarəti ciddiləşdirdilər ki, şəhərdə sıxlıq olmasın. 

Dəfələrlə demişəm ki, həmin təcrübə vasitəsilə Bakı şəhərində sıxlığın azaldılması mümkün deyil. Sadəcə olaraq şəhərin şimal və cənub-qərb tərəfdə olan girişində sıxlığı azaltmaq olar. Bu, metodla ancaq girişdə sıxlıq azalar, şəhərə təsiri yoxdur. Bu, tədbir o qədər də səmərəli deyil. Amma yaxşı təsiri də oldu. Təbliğat -təşviqat nəticəsində Bakı şəhərinə öz avtomobili ilə gələnlərin sayı azalıb. Buna görə də hərdən yada salıb görütü yaratmaq lazımdır ki, insanlar hər önəmli olmayan məsələyə görə, avtomobil ilə şəhərə gəlməyi azaltsınlar".

Ərşad Hüseynov Bakı şəhərində sıxlığı azaltmağın mümkünsüz olduğunu bildirib:" Buna görə Bakı şəhərini yenidən tikmək lazımdır. Problemin kökündə tikinti, məskunlaşmadır. Prosess görməmişcəsinə indi də davam edir. Bütün küçələri zəbt edirlər. Yol hərəkətinin təşkilində kifayət qədər problemlər var. Bu, problemlər aradan qalxmayınca sıxlığın azalması mümkün deyil".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az