Xəbər lenti

"Bakıda heç “Borussiya” ilə görüşdə tribunalar dolmamışdı" - Ukraynalı hücumçu
İdman12:15 06.09.2016

"Bakıda heç “Borussiya” ilə görüşdə tribunalar dolmamışdı" - Ukraynalı hücumçu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yayda “Qəbələ” ilə yolları ayrılan Aleksey Antonov hələ də klub axtarışındadır. 

Qaynarinfo.az saytının məlumatına görə, azad agent statusu daşıyan ukraynalı futbolçu ölkəsinin "Sovetski Sport" nəşrinə müsahibə verib.

O, ötən mövsümkü "Qəbələ" karyerası haqda bunları deyib: "Azərbaycana Roman Qriqorçuka görə getdim. “Qəbələ” barəsində isə o qədər də məlumatlı deyildim. Yalnız bu komandanı əvvəl Yuri Syominin çalışdırdığını bilirdim. “Aktobe” ilə 1 illik müqaviləm qalsa da, Roman İosifoviç xidmətimdə maraqlı idi. Özüm də “Qəbələ”yə keçməyə qarşı deyildim... Müqaviləyə isə qarşılıqlı razılıq əsasında xitam verildi. Elə alındı ki, nə klub, nə də mən əməkdaşlığı davam etdirməkdə maraqlı olduq".

Antonov “Qəbələ” ilə tarixə düşdüyü Avropa Liqasının qrup mərhələsindən danışıb: "Bu çox böyük uğur idi. Amma mövsümün nəticələri rəhbərliyi tam qane etmədi. Çünki çempionatda 3-cü olduq, Azərbaycan Kubokunda isə finala çıxa bilmədik. Bu da mövsümün qiymətləndirilməsində öz təsirini göstərdi. “Qəbələ” artıq 3-cü dəfə ölkə çempionatında bürünc medal qazandı. Lakin bu komandanı hətta II yer də qane etmir. Onlar çempionluğa çalışırlar. Avroliqada çıxış edəndə hamı sevinirdi. Cari mövsümdə də “Qəbələ” bu uğuru təkrarlaya bildi. Futbolçular hər il bu səviyyədə oynamağa çalışırlar. Nəticədə komanda Avropada da tanınır".

Ukraynalı hücumçu Azərbaycan çempionatına azarkeşlərin az maraq göstərməsindən və ukraynalı futbolçuların bura məcburiyyətdən gəldiyini qeyd edib: "Orda da stadiona az azarkeş gəlir. Süni örtüklü meydançalar çoxdur. Avroliqanın oyunlarını biz Bakıda keçirirdik. Ancaq heç Dortmund “Borussiya”sı ilə görüşdə tribunalar dolmamışdı. Halbuki "Baksel Arena"nın tutumu təxminən 15 mindir... Nə etmək olar? Harda iş varsa, ukraynalı futbolçular ora gedirlər. Zəmanə çətinləşib. Ukraynada vəziyyət yaxşı olsaydı, bu qədər futbolçu ölkədən çıxmazdı".

Qaynarinfo.Az