Xəbər lenti

"Bakıda mənə "tələsmə" sözünü öyrətmişdilər" - Vyaçeslav Çanov
İdman10:18 23.11.2016

"Bakıda mənə "tələsmə" sözünü öyrətmişdilər" - Vyaçeslav Çanov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

1985-1986-cı illərdə "Neftçi"nin qapıçısı olmuş Vyaçeslav Çanov hazırda işlədiyi Moskva MOİK-inin bloq saytına müsahibə verib.

Qaynarinfo.Az xəbər verir ki, "Müasir qlobal dövrdə və böyük əksəriyyətinin legionerlər olduğu bir vaxtda qapıçılar və müdafiəçilərin bir dildə danışması nə qədər vacibdir?" sualına Çanov belə cavab verib:

"Yaxşı olardı ki, hamı bir dildə danışardı. Mən Almaniyada da, "Neftçi"də də oynamışam. Bakıda mənə azərbaycanca bir neçə söz və ifadələri öyrətmişdilər. Müdafiəçilərlə ünsiyyət qurmaq üçün. Məsələn, "tələsmə" sözünü. Almaniyada isə almanca danışırdım.

"Düzgün tələffüz çox vacibdir. Götürək, "iqray" (oyna) və "iqrayu" (oynayıram) sözlərini. Çox oxşardırlar, düzdürmü? Öz vaxtında "Dinamo"da Yaşin künc zərbəsindən ötürmə zamanı Tsarevə qışqırardı: "iqray". Top qapının yaxın küncündən keçəndə Lev İvanoviç ona baxdı: "Mən axı sənə dedim". O da cavab verib ki, sən "iqrayu" demədin?" Buna görə də yaxşısı budur ki, qapıçı topu götürmək istəsə, "ya" (mən) qışqırsın".

Qeyd edək ki, 65 yaşlı Vyaçeslav Çanov "Neftçi"də çıxış etdiyi 33 oyunda 35 qol buraxıb.

Qaynarinfo.Az