Xəbər lenti

"Bakı" ilk oyunda məğlub oldu
İdman05:17 03.08.2013

"Bakı" ilk oyunda məğlub oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Topaz Premyer Liqasında 2013/14 mövsümünə start verilib. 

Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək turun ilk oyun günündə azarkeşlər yalnız bir qarşılaşmaya şahidlik edib. 

Açılış matçında “Bakı” klubun təlim-məşq bazasının stadionunda “Qəbələ”ni qəbul edib. Bu görüşü iki yeni baş məşqçi - serbiyalı çalışdırıcı Milinko Pantiç və rusiyalı mütəxəssis Yuri Syominin dueli də adlandırmaq olardı. Mövsümdə ilk matçına çıxan hər iki baş məşqçi Azərbaycan çempionatında debüt edib.

21-ci dəfə üz-üzə gələn komandaların duelində isə sevinən tərəf qonaqlar olub. 

Hesabı əvvəlcə paytaxt təmsilçisi açıb. 12-ci dəqiqə Mindauqas Kalonas rəqibi mərkəzdən başlamağa məcbur edib. Fasiləyə məğlub durumda yollanan “qırmızı-qaralar” ikinci hissəyə daha yaxşı başlayıb. Baş məşqçi Yuri Syominin ikinci yarıda etdiyi dəyişikliklər də öz bəhrəsini verib. Oyuna sonradan daxil olan Viktor Mendi meydan sahiblərinə şok yaşadıb. Seneqalı hücumçu 62 və 82-ci dəqiqələrdə dubl edərək, cari mövsümdə komandasına ilk 3 xal qazandırıb. 

Beləliklə, “Qəbələ”yə 1:2 hesabı ilə uduzan Milinko Pantiçin yetirmələri çempionatın açılış matçında məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, Topaz Premyer Liqasında I tura avqustun 4-də keçiriləcək iki oyunla yekun vurulacaq.

Qaynar.info