Xəbər lenti

"Bakı" "Atletiko Madrid"lə qarşılaşacaq
İdman10:12 10.04.2013

"Bakı" "Atletiko Madrid"lə qarşılaşacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Madridin “Atletiko” klubu nümayəndələrinin “Bakı”nın rəhbərliyi ilə görüşü keçirilib. 

Qol.Az-ın məlumatına görə, görüşdə məqsəd “Atletiko” ilə “Bakı” arasında bu ay nəzərdə tutulan matçın vaxtının dəqiqləşdirilməsidir.

“Bakı”nın icraçı direktoru Yaşar Seyidov gününün sonuna qədər oyunun hansı tarixdə keçiriləcəyinin məlum olacağını söyləyib.

Matçın Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəyi isə dəqiqləşib. Bu haqda Qol.Az-a mərkəzi arenanın direktoru Akif İsmayılov bildirib. Onun sözlərinə görə, matçın dəqiq tarixi ilə hələlik qəti qərar verilməyib. Bununla belə görüşün aprelin 30-da keçirilməsi ehtimalı çoxdur.

Qaynar.info