Xəbər lenti

"BakuBus"dan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR
Ölkə09:38 23.05.2016

"BakuBus"dan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"BakuBus" MMC-yə məxsus sərnişin avtobuslarında kondisionerlərin yay rejiminə keçid vaxtı açıqlanıb.

Qaynarinfo.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, son günlər ictimai nəqliyyatdan istifadə edən sərnişinlər tərəfindən ən çox müraciət olunan məsələ "BakuBus" MMC-yə məxsus avtobusların salonunda kondisionerlərin daimi qoşulmaması ilə bağlıdır: "Məlumat üçün qeyd edim ki, yay rejiminə tam keçid mayın 28-dən nəzərdə tutulduğu üçün bu tarixə qədər günün pik saatlarında sərnişinlər bilavasitə sürücüyə müraciət edərlərsə, bu problem aradan qaldırılar. Amma kondisionerlərin daimi rejimdə fəaliyyətinə mayın sonundan keçiləcək".

Qaynarinfo.az