
İspaniya La Liqasında 15-ci tura yekun vurulub.
Qol.Az-ın məlumatına görə, son oyun günündə daha 4 qarşılaşma baş tutub.
Cari mövsüm məğlubiyyət acısı yaşamayan "Barselona" "Atletik" (Bilbao) ilə səfər matçında uduzub - 0:1.
"Valensia" öz meydanında "Osasuna"ya qalib gəlib - 3:0.
"Betis" - "Rayo Valyekano" matçında qapılara dörd qol vurulsa da, qalib müəyyənləşməyib - 2:2.
"Sevilya" isə səfərdə "Qranada"nı məğlub edib.
Qaynar.info










