Xəbər lenti

"Barselona"da yeni məşqçi - FOTO
İdman19:43 19.05.2014

"Barselona"da yeni məşqçi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

44 yaşlı ispan məşqçisi ilə iki illik müqavilə imzalanacaq

Ötən illərin əfsanəvi futbolçusu Luis Enrike "Barselona" klubuna baş məşqçi təyin edilib. 

ANS PRESS-in məlumatına görə, bu barədə katalon klubunun rəsmi saytı xəbər yayıb.

44 yaşlı ispan məşqçisi ilə iki illik müqavilə imzalanacaq.

Qeyd edək ki, uzun illər "Barselona"nın şərəfini qorumuş Luis Enrikenin son iş yeri ötən mövsüm İspaniya çempionatında doqquzuncu yeri tutan "Selta" olub.

"Barselona" sonuncu oyunda "Atletiko" ilə 1:1 hesablı heç-heçə oynayaraq çempionluqdan əlini üzdükdən sonra klubun argentinalı baş məşqçisi Xerardo Martino istefaya verib.