Xəbər lenti

"Barselona"nın hücumçusu Londona gedərkən pasportunu evdə unutdu
İdman12:13 23.02.2016

"Barselona"nın hücumçusu Londona gedərkən pasportunu evdə unutdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Barselona"nın hücumçusu Luis Suares Londona gedərkən pasportunu evdə qoyub.

Qaynar.info xəbər verir ki, uruqvaylı futbolçu hava limanında olarkən pasportunu yadından çıxardığını anlayıb.

Bunun üçün Kataloniya klubunun nümayəndə heyətindən bir nəfər Suaresin evinə yollanmalı olub. Yekunda pasport gətirilib və cari mövsüm bütün turnirlərdə "Barselona" üçün 41 qol vurmuş Luis Suares də komandası ilə birgə İngiltərəyə yola düşə bilib.

Qeyd edək ki, bu gün Çempionlar Liqasının 1/8 finalının ilk oyunları çərçivəsində "Arsenal" - "Barselona" görüşü keçiriləcək. Bu matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Qaynar.info