Xəbər lenti

"Barselona"nın intizamsızları siyahısında olanlar
İdman19:20 24.03.2016

"Barselona"nın intizamsızları siyahısında olanlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Barselona"da məşqlərə və oyunlara gecikən futbolçuların siyahısı açıqlanıb. Fanat.az xəbər verir ki, Türkiyə millisinin üzvü Arda Turan da gecikənlər arasında yer alıb.

"Barselona"nın daxili nizam-intizam qaydalarına əsasən məşqlərə və oyunlara gecikənlərə pul cəzası kəsilir. Futbolçular ən azı məşqdən 1, oyundan 1,5 saat əvvəl bazada olmalıdır. 

İlk dəfə məşqə gecikənlər 200, ikinci dəfə 400, üçüncü dəfə 600 avro cərimələnir. Yəni hər dəfə cərimə 2-yə vurulur. Oyuna gecikənlərin cəzası isə daha ağırdır. Belə ki, ilk dəfə bu addımı atanlar 400, ikinci dəfə gecikənlər 1600 avro cərimə olunur.

Bu mövsüm ən çox məsuliyyətsizlik edən Jerard Pike olub. O artıq 6200 avro cərimələnib. Neymar 1200, Adriano 1000, Arda Turan isə 600 avro cərimə ödəməlidir. Komandanın 4 kapitanı - Andres İnyesta, Lionel Messi, Serxio Buskets və Xavyer Maskerano örnək davranış sərgiləyib. Onlar hələlik nə məşqə, nə də oyuna gecikib.

Qaynar.info