
İngiltərənin "Çelsi" klubun ispaniyalı hücumçusu Pedro Rodriqes burnunu sındırıb.
Qaynarinfo.az xəbər verir ki, bu barədə jurnalistlərə "Çelsi"nin hollandiyalı baş məşqçisi Qus Hiddink deyib:
"Pedro sıradan çıxıb, ancaq onun zədəsi yoxdur. O, məşq etmir, çünki burnu sınıb. Bu, evdə olub. Ancaq bunun necə baş verdiyini bilmirəm. O mənə dedi ki, evdə bəxtsiz hadisə ilə üzləşib. Pedro günün ikinci yarısında məşq edəcək".
Qeyd edək ki, cari çempionatda 27 matça 7 qol vurmuş Pedro Rodriqes "Liverpul"la İngiltərə Premyer Liqasının təxirə salınmış matçında iştirak edə bilməyəcək. "Barselona"nın sabiq futbolçusundan başqa, "Çelsi"də Dieqo Kosta, Nemanya Matiç, Sezar Aspilikueta, Con Terri və Qari Kehill son bir neçə mövsüm ərzində burnunu sındıran oyunçulardır.
Qaynarinfo.az