Xəbər lenti

"Barselona"nın sabiq "dovşan"ı cırtdan ölkənin klubunda
İdman12:13 19.09.2016

"Barselona"nın sabiq "dovşan"ı cırtdan ölkənin klubunda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Peşəkar karyerasında "Real” (Madrid), "Barselona” kimi dünyanın ən güclü komandaların adları olan Xavyer Saviolanın yeni klubu hər kəsi təəccübləndirib. 

Qaynarinfo.Az xəbər verir ki, 34 yaşlı argentinalı futbolçu Andorranın "Ordino" klubuna keçib. Saviola hələ yanvar ayında 13 oyunda qol vura bilmədiyi üçün "River Pleyt”dən ayrılmışdı.

Model həyat yoldaşı Romanela Amato və 2 uşağı ilə birgə Andorranı seçən Xavyer idman həyatını burda davam etdirməyi qərara alıb. Məşqçi heyətində yer alacaq Saviola eyni zamanda lazım olarsa, meydana da daxil olub oynayacaq. O, "Barselona"nın bir digər sabiq futbolçusu Miqel Anxelin köməkçisi olacaq. 

Qeyd edək ki, 1981 təvəllüdlü ulduz Argentina yığması ilə yanaşı, "River Pleyt”, "Barselona”, "Monako”, "Sevilya”, "Real”, "Benfika”, "Malaqa”, "Olimpiakos” və "Verona”nın formalarını da geyinib. 2005-ci ildə ən yaxşı 125 futbolçu sırasına düşən Xavyer Saviolaya azarkeşlər tərəfindən "dovşan” ləqəbi də verilib.

Qaynarinfo.Az