
İngiltərənin "Arsenal" klubunun 16 yaşadək komandasında (U-16) çıxış edən Trae Koyl "Barselona"nın argentinalı futbolçusu Lionel Messiyə cavab verib.
Qaynar.info xəbər verir ki, 15 yaşlı futbolçu penaltini Messinin "Selta Viqo" ilə oyunda icra etdiyi formada reallaşdırıb. Ümumiyyətlə, bu futbolçu qeyri-adi qolların müəllifi kimi də tanınır. O, ötən il "Barselona" U-15-i ilə oyunda mərkəz xəttindən birbaşa qol vurmuşdu. Hər 2 qolun videosunu təqdim edirik.
Qeyd edək ki, bu 2 komanda Çempionlar Liqasının 1/8 final mərhələsində üz-üzə gələcək. Ona görə də bu oyun ətrafında ajiotaj çox böyükdür.
Qaynar.info