Xəbər lenti

"Bavariya" İbrahimoviçi UEFA-ya şikayət etdi
İdman17:31 03.10.2013

"Bavariya" İbrahimoviçi UEFA-ya şikayət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bavariya" klubu PSJ-nin hücumçusu Zlatan İbrahimoviçi UEFA-ya şikayət edib.

Qaynar.info-nun qol.Az-a istinadən verdiyi məlumatına görə, buna isveçli forvardın sabiq baş məşqçisi Pep Qvardiola haqda səsləndirdiyi fikilər səbəb olub.

İbrahimoviçin Qvardiolanı qorxaq adlandırması ilə barışmayan Münhen təmsilçisi baş məşqçisini müdafiə etmək üçün UEFA-ya şikayətini bildirib. "Bavariya"nın idarə heyətinin prezidenti Karl Haynz Rummeniqe UEFA-nın İbrahimoviçə lazımi cəzanı verəcəyinə inandığını deyib.

Qeyd edək ki, İbrahimoviç daha öncə verdiyi açıqlamasında Qvardiolanı qorxaq adlandırmış və "Barselona"dan ayrılmasında məhz onun günahkar olduğunu söyləmişdi.

Qaynar.info