
"Bavariya"nın prezidenti Uli Heness həbs oluna bilər.
Bu barədə Almaniyanın "Bild" qəzeti məlumat yayıb. U.Heness uzun müddətdir, vergidən yayınmaqda ittiham olunur. Qəzet yazıb ki, Henessin İsveçrədəki gizli bank hesabı olduğu, ora qanunsuz olaraq 20 milyon avro pul qoyulduğu üzə çıxıb. Almaniya mətbuatı bu yaxınlarda keçiriləcək məhkəmə prosesində Henesslə bağlı həbs qərarının verilməsinin yüksək olduğunu yazıb.
Qaynar.info