
Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət millimiz Bakıda keçirilən Avropa çempionatında çıxışını başa vursa da, Belçika yığmasına qol vurmuş Murad Mahmudov Almaniyanın məşhur "Bavariya" klubunun skautlarının diqqətini cəlb edə bilib.
Yığmamızın baş məşqçisi Təbriz Həsənov Qaynarinfo.az-ın əməkdaşının bu barədə sualına belə cavab verib:
"Bavariya" rəsmiləri mənimlə bu barədə əlaqə saxlamayıblar. Ancaq məndə olan məlumata görə, onlar AFFA-nın texniki direktoru Bernhard Lippertlə görüşüblər. Hadisələrin sonrakı gedişatımdan xəbərim yoxdur".
Qeyd edək ki, Murad Mahmudov hazırda Almaniyanın "Leypsiq" klubunda çıxış edir. Bu klubun əsas komandası isə növbəti mövsümdən 1-ci Bundesliqada mübarizə aparacaq.
Qaynarinfo.az