Xəbər lenti

"Bəhram Bağırzadənin getməsi "Neftçi"nin imicinə ləkədir" - Səməd Qurbanov
İdman13:29 21.11.2016

"Bəhram Bağırzadənin getməsi "Neftçi"nin imicinə ləkədir" - Səməd Qurbanov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verdiyimiz kimi, Bəhram Bağırzadə "Neftçi"nin Müşahidə Şurasından istefa verib. Bağırzadə yaydığı açıqlamasında istefasının səbəblərinin uğursuzluqlarla bağlı olduğunu açıq şəkildə ortaya qoyub və buna görə futbolçuları tənqid edib.

Qaynarinfo.Az bununla bağlı "Neftçi"nin Müşahidə Şurasının digər üzvü Səməd Qurbanovun fikirlərini öyrənib. Qurbanov da Bağırzadənin bu əməlindən təəccüblənib:

"Açığı, mən də mətbuatdan bu haqda xəbər tutdum. Dərhal Bəhramla əlaqə saxladım. Soruşuram, a kişi, bu nə işdir tutmusan?! Deyir ki, artıq dözə bilmirdim. Ərizəmi yazıb Çingiz Abdullayevin otağına qoymuşam. Yəqin ki bu məsələ belə yerdə qalmaz. 1-2 günə Müşahidə Şurasının iclası olar və bu barədə lazımi qərar çıxarılar. Biz onun getməsini istəmirik".

Səməd Qurbanov həmçinin onu da bildirib ki, Bəhram Bağırzadənin istefası "Neftçi"nin imicinə ləkədir: "Bəhram bizi bütün dünyada tanıtmış şəxsiyyət, mərd oğlandır. O bizim kiçik qardaşımızdır. Mənim fikrimcə, düzgün iş görməyib. Onun qalması məsləhətdir. Bəhramın "Neftçi"dən getməsi klubun imicinə ləkədir".

Qaynarinfo.Az