
Bakıda keçiriləcək 17 yaşadək futbolçulardan ibarət Avropa çempionatında yığmamızın ilk rəqibi olacaq Portuqaliya yığması ölkəsində son hazırlıqlarını edib.
Qaynarinfo.az xəbər verir ki, Elio Souzanın baş məşqçisi olduğu yığma artıq Bakıya yola düşüb. Bu komanda saat 00:55-də Azərbacana eniş edəcək.
Souza Bakıya 5 futbolçunu - Filipe Suareş, Nunu Santuş (hər ikisi "Benfika"), Luiş Maksimiano, Juan Oliveyra (hər ikisi "Sportinq") və Romen Korreyanı ("Vitoriya") gətirəsi olmayıb.
Əvəzində isə bu "18-lik" özünü doğrultduğu üçün Bakıda olacaq: Juan Virqiniya ("Arsenal", İngiltərə), Ruben Vinaqre ("Monako", Fransa), Florentino, Qedson Fernandeş, Joze Qomeş, Juan Filipe, Mesake Cu (hamısı "Benfika"), Dominquş Kina ("Vest Hem", İngiltərə), Dioqu Koşta, Dioqu Dalot, Dioqu Leyte, Dioqu Keyruş, Lameyra (hamısı "Portu"), Mikael Almeyda ("Lion", Fransa), Miqel Luiş, Tierri Korreya, Rafael Lean (hamısı "Sportinq"), Luiş Silva ("Stok Siti", İngiltərə).
Qeyd edək ki, U-17 yığmamız Portuqaliya ilə mayın 5-i, saat 20:00-da qarşılaşacaq. Oyun Bakı Olimpiya Stadionunda keçiriləcək.
Qaynarinfo.az