Xəbər lenti

"Beşiktaş" Çempionlar Liqası ilə vidalaşdı - VİDEO
İdman04:53 28.08.2014

"Beşiktaş" Çempionlar Liqası ilə vidalaşdı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İstanbulun "Beşiktaş" futbol klubu Çempionlar Liqası ilə vidalaşıb.

ANS PRESS-in məlumatına görə, "Arsenal" (İngiltərə) komandası "Beşiktaş"ı (Türkiyə) doğma meydanında 1-0 hesabı ilə məğlub edərək Çempionlar Liqasının qrupuna vəsiqə qazanıb. "Beşiktaş" isə Avropa Liqasının qrupunda oynayacaq.

Qeyd edək ki, oyunun 75-ci dəqiqəsində Mathieu Debuçinin 2-ci sarı vərəqə almasından sonra "Arsenal" azlıqda qalsa da "Beşiktaş" bundan yararlana bilməyib.

İstanbulluların qapısından topu oyunun 45-ci dəqiqəsində İspaniyanın "Barselona" futbol klubundan yenicə transfer edilmiş çilili oyunçu Alexis Sançez keçirib.


Arsenal (İngiltərə) - Beşiktaş (Türkiyə) 1-0.

Qaynar.info