Xəbər lenti

"Beşiktaş" "Qarabağ" üçün Bakıya gəlir - RƏSMİ AÇIQLAMA
İdman10:15 13.12.2016

"Beşiktaş" "Qarabağ" üçün Bakıya gəlir - RƏSMİ AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məlum olduğu kimi, "Beşiktaş"ın futbol komandası Azərbaycana gələcək. Bunu "Beşiktaş"ın prezidenti Fikrət Orman verdiyi açıqlamasında bildirib.

Qaynarinfo.Az "Beşiktaş"ın hansı klubumuzla oynayacağını artıq müəyyənləşdirib. Bu, "Qarabağ"dır.

"Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəl saytımıza bu barədə bunları deyib: "Təklif "Beşiktaş" tərəfindən gəlib. Biz də bu özəl matçın keçirilməsinə razılıq vermişik. Ancaq bu matçın keçiriləcəyi ilə bağlı AFFA və PFL-i də məlumatlandırmalıyıq. Hazırda "Beşiktaş"ın icraçı direktoru ilə müzakirələr aparırıq. Bununla belə, yaxın günlərdə onların klub rəsmiləri də bura səfər etməlidir. Bu səfər əsnasında oyunun keçirilməsi tarixi tam müəyyənləşməlidir. Təbii ki, bunun üçün baş məşqçimiz Qurban Qurbanovla da oyun qrafikini razılaşdıracağıq".

Qaynarinfo.Az