Xəbər lenti

"Beşiktaş"dan ötrü elçiliyə getməkdən imtina etdi - VİDEO
İdman13:33 12.02.2016

"Beşiktaş"dan ötrü elçiliyə getməkdən imtina etdi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin Star TV proqramında Səda Sayanın aparıcısı olduğu "Evlənəcəksən, gəl" verilişində baş verənlər bu gün yenə müzakirə olunub.

Qaynar.info xəbər verir ki, Ali adlı çılğın "Beşiktaş" azarkeşinin Neslihan adlı xanımla nikahı baş tutmayıb.

Belə ki, Ali fevralın 14-də Bakı vaxtı ilə saat 21:00-da "Beşiktaş"ın "Başakşehirspor"la oyunu olduğu üçün elçiliyə həmin saatda gələ bilməyəcəyini bildirib. O, daha erkən saatda, oyundan sonra və ya bazar ertəsi elçiliyə gəlmək istədiyini söyləyib. Lakin "Fənərbaxça"lı olan Neslihan məhz həmin tarixdə və həmin saatda elçiliyin olmasını şərt kimi irəli sürüb. Nəticədə Ali seçimini "Beşiktaş"ın xeyrinə edib.

Qeyd edək ki, Alinin həmin həmin matç vaxtı Neslihana edəcəyi sürpriz də ortaya çıxıb. Belə ki, "Beşiktaş" azarkeşləri "Neslihan, mənimlə evlənərsənmi?" sözləri yazılmış böyük pankard açmalı idilər.

Sonda bundan əvvəlki proqramda yaşananların əks olunduğu videonu təqdim edirik.

Qaynar.info