
Futzal üzrə Rusiya millisinin baş məşqçisi Sergey Skoroviç Azərbaycanla oyun (6:2) haqda danışıb.
Qaynar.info xəbər verir ki, Özbəkistanın Fərqanə şəhərində anadan olmuş 42 yaşlı çalışdırıcı Azərbaycan üzərində qələbəni necə qazanıb yarımfinala adlamalarının sirrini açıqlayıb:
"Biz həmişə ağır matç və davamlı mübarizəyə köklənmişik. Bu dəfə də elə oldu. Biz oyuna yaxşı başladıq, qol vurduq, ancaq sonra standard vəziyyətlər zamanı səhvə yol verdik. Hansısa müddətdə komandada əsəbi anlar da oldu. Lakin uşaqlar vaxtında toparlandılar, biz lazımi anda oyunumuzu düzəltməyi bacardıq və öz dəst-xəttimizi davam etdirdik. Künc zərbələrindən istifadə zamanı özümüzə liderliyə qaytardıq.
Başa düşürdük ki, matç zamanı 5-ə 4 oynamaq çətin olacaq və bilirdik ki, Azərbaycan hesabda geri olsa, qapıçısını çıxaracaq. Ancaq bizdə hər şey alındı, qollar vurduq, ehtiyat qüvvə formalaşdırdıq. Müdafiədə rahat oynadığımızı deməyəcəyəm. Ancaq istənilən halda səhv etmək hüququmuz vardı. Bizim oyunçuların hərəkətini qeyd edəcəyəm: bir hissə müdafiə olunurdu, digər hissə hücum edirdi. Futbolçular bir-birlərini hiss edirdilər, bu ritmi tutmuşdular. Təhlükəli anlardan qaçmaq mümkün olmurdu, ancaq Qustavo qapıda yaxşı oynadı".
Skoroviç Azərbaycanla matçdan fərqli olaraq, qrupda Qazaxıstan və Xorvatiyaya cəmi 2 qol vurmalarından da danışıb: "Mən təkrarlamaqdan yorulmuram. Bütün oyunlar bir-birlərinə oxşamır. Biz fərqli rəqiblərlə qarşılaşdıq, hər birində fərqli oyun situasiyaları oldu. Təbii ki, biz çox qol vurmaq istəyirik. Ancaq ən əsası rəqibdən daha çox qol vurmaqdır. Bu sadə səslənir, lakin parketdə bunu etmək daha çətindir".
Qaynar.info