
Son günlər Azərbaycan bazarında Çin yumurtalarının satılması ilə bağlı fikirlər dolaşır.
Müştərilər alınan yumurtaların tərkibindən şikayət edirlər. Belə müştərilərdən biri də Kənan Əsgərzadədir. O, Yasamal rayonu ərazisində "Bizim Market"dən aldığı yumurtadan istifadə edərkən maraqlı mənzərə ilə qarşılaşıb. Belə ki, şikayətçi Qaynarinfo.Az-a bildirib ki, yumurtanın sarısına toxunduqda dağılmalı olduğu halda, aldığı yumurtanın sarısı dağılmır, maye şəklində deyil, sanki qabığa oxşayır. Şikayətçi aldığı yumurtanın videosunu çəkərək Qaynarinfo.Az-a göndərib. Həmin videonu təqdim edirik:
Məsələ ilə bağlı "Bizim Market" ilə əlaqə saxladıq. Marketin nümayəndəsi Samid Hidayətov Qaynarinfo.Az-a bildirdi ki, bu bir şaiyədir və bununla bağlı market özü də araşdırma aparıb və elə bir problemlə üzləşməyib:
"Biz özümüz də araşdırma apardıq. Yayılan xəbər şaiyədir. Ümumiyyətlə, Çinin özündə yumurta tapılmır. Azərbaycana yumurta satması gülüncdür. Marketdə satılan yumurtalar yerli şirkətlərin məhsuludur".
Pərvin Zeynal
Qaynarinfo.Az