Xəbər lenti

"Braziliyalı futbolçular meydanda "ölməlidirlər" - Maradona
İdman11:51 08.07.2014

"Braziliyalı futbolçular meydanda "ölməlidirlər" - Maradona

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona "DÇ-2014"ün yarımfinalında Almaniya ilə qarşılaşacaq Braziliya millisi haqda fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, "goal.com"a danışan Maradona finala çıxmaq üçün braziliyalıların sonadək mübarizə aparmalı olduqlarını bildirib:

"DÇ-1990"nın finalında 4 futbolçumuz zədə və cəza səbəbindən oynaya bilmədi. Ancaq biz özümüz və həmin futbolçular üçün sonadək mübarizə apardıq. Almaniya ilə oyuna itkilərlə çıxacaq Braziliya millisi də bizim yolla getməlidir. Onlar meydanda "ölməyə" hazır olduqlarını nümayiş etdirməlidirlər".

Qeyd edək ki, Braziliya - Almaniya oyunu bu gecə, Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.

Xatırladaq ki, Braziliya yığmasında Neymar zədə, Tiaqo Silva isə cəza səbəbindən Almaniyaya qarşı forma geyinə bilməyəcək. 

Qaynar.info