Xəbər lenti

"Bu, həm siyasi, həm də iqtisadi qərar olacaq" -Morninqstar
Ekonomiks14:32 04.06.2013

"Bu, həm siyasi, həm də iqtisadi qərar olacaq" -Morninqstar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda ənənəvi Xəzər neft-qaz sərgisinə həsr olunmuş tədbir keçirilib.

APA-nın xəbərinə görə, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib ki, yaxın vaxtlarda “Şahdəniz” konsorsiumu Azərbaycan qazının hansı layihə çərçivəsində Avropaya çatdırılacağına qərar verəcək: “Bu qərar həm siyasi, həm də iqtisadi qərar olacaq və Azərbaycana investisiya qoyulması üçün əlavə imkanlar yaranacaq”.

ABŞ dövlət katibinin köməkçisinin enerji diplomatiyası üzrə müavini Amos Holşteyn (Amos Hochstein) deyib ki, hazırda Azərbaycan enerji təchizatı üzrə aparıcı oyunçulardan biridir.

Böyük Britaniya baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticarət məsələləri üzrə elçisi Çarlz Hendri isə qeyd edib ki, tədbir enerji ehtiyatlarının Avropaya hansı yolla nəql ediləcəyi haqda qərarın veriləcəyi önəmli bir ildə keçirilir: “Bu qərar enerji təchizatının diversifikasiyası baxımından strateji əhəmiyyətə malikdir”.

Qaynar.info