
Ukraynanın "Olimpik" klubundan yenicə ayrılmış Kirill Petrovun "Neftçi"yə keçəcəyi gündəmdədir.
Qaynarinfo.Az xəbər verir ki, onun meneceri Aleksandr Pankov Ukrayna mətbuatına bu barədə danışıb. Lakin o, tək Azərbaycandan yox, Asiya və Yunanıstandan da futbolçunun təkliflərinin olduğunu bildirib:
"Biz "Olimpik" rəhbərliyinə kompromisə getdikləri üçün minnətdarıq. Təkcə klub prezidenti Vladislav Qelzinə yox, komandanın baş məşqçisi Roman Sanjara da. Onlar bizimlə görüşə gəldilər və Kirillə normal şəkildə kollektivi tərk etməyə imkan verdilər.
Ümid edirəm ki, yaxın 2 günə yeni klubla müqavilə bağlayacağıq. Müqavilə bağlanmadığından, indi konkret nəsə deyə bilmərəm. Yalnız deyə bilərəm ki, 3 komanda var ki, konkret Kirilli istəyir. Bir komanda Asiyadandır, Asiya Kubokunda çıxış edir. Digər komanda Azərbaycandandır. Bu komandanın öz ölkəsində böyük adı və güclü imici var. Bir başqa komanda isə Yunanıstan çempionatının yüksək dəstəsini təmsil edir.
Bizim bu 3 klubdan təklifimiz var. Onlarla danışıqlar artıq aparılıb. Fikrimcə, yaxın 2 gün ərzində onlar arasında seçim edəcəyik. Son söz Kirillin özünün olacaq.
Ukrayna? Biz ilkin olaraq Kirillin karyerasını məhz xaricdə davam etdirməsi məsələsinə baxırıq. Hələ yayda onun Yunanıstan Superliqası komandasına getmək imkanı vardı. Ancaq ən son anda keçid razılıq baş tutmadığından alınmamışdı".
Qeyd edək ki, 26 yaşlı mərkəz müdafiəçisi cari mövsüm "Olimpik"də 15 matç keçirib. Bunların 8-də o, Donetsk təmsilçisini kapitan qismində meydana çıxarıb.
Qaynarinfo.Az