Xəbər lenti

"Bu mənim Azərbaycandan ayrılmağımın səbəbidir" - Patrisiya Qonsales
İdman09:28 09.07.2016

"Bu mənim Azərbaycandan ayrılmağımın səbəbidir" - Patrisiya Qonsales

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

21 və 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandalarının baş məşqçisi Patrisiya Qonsales öz istəyinə uyğun olaraq, AFFA ilə qarşılıqlı razılıq əsasında tutduğu vəzifədən ayrılıb.

Qaynarinfo.az xəbər verir ki, o, Azərbaycanı tərk etməzdən əvvəl bu sözləri çatdırmaq istəyib:

"Sağol, Azərbaycan. 

Rahat yeri tərk etmək asan deyil. 2013-cü ilin yanvarında "Rayo Valyekano"nun heyətini tərk etmək çətin idi. Burda, Bakıda qalmaq və mənə başqa təkliflərin gələcəyini gözləmək ən asan məsələ idi.

Həmişə elə yerdə çalışmaq istəmişəm ki, orda məqsədlərimə çatmağa yaxın olum. Bakıdakı təcrübəm mənə karyeramda böyük addım atmağa kömək etdi. Mən şəxsi və peşəkarlıq baxımından yaxşı xatirələri yaddaşıma həkk etdim. İndi isə mənə yenilik və özümü bir daha sübut etmək lazımdır.

Mənim yeni hədəflərim var və bu mənim Azərbaycan millisindən ayrılmağımın səbəbidir.

Həmişə pozitiv olmağa və təcrübəmdən öyrənməyə çalışmışam. Öyrənmişəm ki, hər şey onu gözləyənlər üçün olur. 

Həmçinin öyrənmişəm ki, lazım olanda perspektivi necə dəyişmək olar. Bizə hörmət və birgə yaşamağı başa düşmək lazımdır. Biz layiq olduğumuzu alırıq. Bu yalnız peşəkar olmaq deyil, peşəkar kimi görünməkdir.

Mən həmçinin enerji haqda öyrənmişəm. Bundan necə istifadə etməli... siz başa düşməlisiz ki, savaşmadığınız döyüşlər var. Biz enerjiliyik, çünki biz təbəssüm etsək, hər şey daha yaxşı olar. Pozitiv düşünsək, pozitiv şeylər baş verər.

Burda və xaricdəki hamıya təşəkkür edirəm. İndi isə evə getmək və arzularım üçün döyüşməyi davam etdirmək zamanıdır".

Qaynarinfo.az