Xəbər lenti

"Bu nadana elmi titulu kim veribsə..." - Fazil Mustafadan Xaliq Səfəviyə cavab
Ölkə10:15 20.09.2016

"Bu nadana elmi titulu kim veribsə..." - Fazil Mustafadan Xaliq Səfəviyə cavab

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Millət vəkili Fazil Mustafa son günlər Səfəvilər dövlətinin Azərbaycan-Türk dövləti sayılmasının düzgün olmaması ilə bağlı açıqlamalarına görə hüquq üzrə fəlsəfə doktoru Xaliq Səfəvi tərəfindən "dönük" adlandırılıb. 

Qaynarinfo.Az xəbər verir ki, deputat sosial şəbəkə vasitəsilə bu məsələyə reaksiya verib:

"İşimizə-gücümüzə bax, hacı, kərbəlayi, məşədi, seyid titullarının spekulyasiyasından canımızın boğzımıza yığışmağı az imiş, indi də ünvanıma xüsusi bəyanatla müracət edənlərin biri özünü "Səfəvi soyunun mürşidi" adlandıraraq tarixlə bağlı bəyənmədiyi fikirlərimə görə bəndənizi "dönük" adlandırır. Bu məxluğun adı Xaliq Səfəvidir. Hüquq üzrə fəlsəfə doktorudur. Bu nadana elmi titulu kim veribsə, Azərbaycan elminə həqiqətən yazığı gəlməyib. Mənim müsahibə, məqalə və kitablarımla tanış olanlar birmənalı şəkldə görərlər ki, Azərbaycan türklərinin gerçək tarixi ilə bu günü arasında sağlam dialoq qurmaqdan başqa bir niyyətim yoxdur. O zaman mən də özümü prinsipcə "Türk soyunun mürşidi" adlandırmaq haqqını qazanmış oluram. Adama deyərlər ki, əgər dönük deyilsənsə, özünü Səfəvi soyunun mürşidi əvəzinə, elə Türk soyunun mürşidi adlandıraydın də... Allah sənə rəhmət etsin, böyük Atatürk, necə ki demisən, bu dünyada savaşların ən çətini cahilliyə qarşı açılan savaşdır. Mürşidi Xaliq Səfəvi olan soyun müridi də Dilavər Əzimli ilə Taleh Şahsuvarlı kimiləri olar".

Qeyd edək ki, Fazil Mustafa öz açıqlamalarında və paylaşdığı statuslarda bildirib ki, Səfəvi sülaləsi türk olsa da, daha çox İranyönümlü olub. Bu üzdən Məhəmməd Əmin Rəsulzadə kimi böyük şəxsiyyət türk dövlətləri arasında Səfəvilərin adını qeyd etməyib.

Qaynarinfo.Az