Erməni siyasi şərhçi İqor Muradyan siyasi dairələrdə “Üzük” (Çaykənd) əməliyyatının azərbaycanlıların cinayəti kimi 25 illiyinin qeyd olunmasına etirazını bildirib. Avropa.info xəbər verir ki, Muradyan Ermənistan rəhbərliyini xalqa yalan satmaqda qınayıb.
“Xarici işlər nazirinin müavini Şavarş Köçəryan Dağlıq Qarabağın erməni əhalisinə qarşı “Üzük” əməliyyatının azərbaycanlılar tərəfindən icra olunması haqda açıqlama yayır. 25 il əvvəl baş vermiş bu hadisələrin iştirakçıları çox gözəl bilirlər ki, bu ağ yalandır. Xanlar rayonunda Getaşen (Çaykənd) və digər erməni kəndlərinin əhalisinin məhv edilməsi Rusiya silahlı qüvvələri tərəfindən həyata keçirilib.
Bu günədək Ermənistanda heç kəs, nə vətəndaş cəmiyyəti, nə də hakimiyyət həqiqəti demir. Bu hadisələrdə Azərbaycan hakimiyyətinin əli olması ilə bağlı Qarabağda saxta tədbirlər keçirirlər.
Bu qətliam 1991-ci ilin aprelində ruslar tərəfindən təşkil olunub, 1992-ci ilin iyununadək davam edib. Ermənistan XİN-nin bu bəyanatı yalan və utanc nümununəsidir”.
Qaynarinfo.az