Xəbər lenti

"Bu suala cavab vermək istəmirəm" - "Daçiya"nın baş məşqçisi
İdman18:28 28.06.2016

"Bu suala cavab vermək istəmirəm" - "Daçiya"nın baş məşqçisi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Liqasının I təsnifat mərhələsində “Kəpəz” Moldovanın “Daçiya” komandası ilə qarşılaşıb. 
“Dalğa Arena”da baş tutan qarşılaşmada hesab açılmayıb. Oyunsonrası mətbuat konfransında “Daçiya”nın baş məşqçisi Oleq Bejenar jurnalistlərin suallarını cavablandırıb.
Qaynarinfo.az xəbər verir ki, rəqib baş məşqçi Oleq Bejenarin oyun ərzində skamyasinda əyləşməsi, əvəzində klub prezidenti Adlan Şişxanovun ayaq üstdə durması birmənalı qarşılanmayıb.
Bejenar bu suala cavab vermək istəməyib. Lakin azərbaycanlı jurnalistlər bunu prezidentin onun işinə müdaxiləsi kimi qiymətləndirincə, məşqçi bunları söyləyib: "Mən bu suala cavab vermək istəmirəm. Lakin bunu özümə hörmətsizlik kimi qəbul etmirəm. Əgər hörmətsizlik kimi qəbul etsəydim, komandada 1 dəqiqə də qalmazdım".
Qaynarinfo.az