Xəbər lenti

"CBC Sport" futbolu cüdoya qurban verdi
İdman14:45 07.05.2016

"CBC Sport" futbolu cüdoya qurban verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

17 yaşadək futbolçular ibarət yığmalar arasında Bakıda keçirilən Avropa çempionatının və Azərbaycan Premyer Liqasının yayım hüququna malik olan "CBC Sport" telekanalı proqramında dəyişiklik edib.

Qaynarinfo.az xəbər verir ki, dünən saat 15:30-da yayınlanmalı olan Hollandiya - İspaniya, 19:00-dakı Fransa - Danimarka görüşləri canlı göstərilməyib.

Belə ki, ilk oyun saat 16:00-da Bakıda keçirilən Cüdo üzrə "Böyük Dəbilqə" turnirinin açılış mərasiminə görə canlı yayımdan çıxarılıb. 19:00-dakı oyun isə cüdo turnirinin final görüşlərinə görə göstərilməyib. Avropa çempionatının hər 2 matçı sonradan videoyazı şəklində tamaşaçılara təqdim olunub.

Eləcə də bugünkü "Zirə" - "Qəbələ" görüşünün saat 15:00-da yayımı nəzərdə tutulsa da, matç efirə verilməyib. Oyunun yayımdan çıxarılmasının səbəbi kimi cüdo turnirini göstərmək olar.

Qeyd edək ki, "CBC Sport" SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayevin kurasiyasında olan telekanal sayılır. Eyni zamanda Rövnəq Abdullayev AFFA və Azərbaycan Cüdo Federasiyasının prezidentidir.

Qaynarinfo.az