Xəbər lenti

"Cırtdanlar" Azərbaycan üçün 25 nəfərə dəvət göndərdi
İdman18:52 27.08.2016

"Cırtdanlar" Azərbaycan üçün 25 nəfərə dəvət göndərdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycanla qarşılaşacaq San-Marino yığmasının heyəti açıqlanıb. 

Qaynarinfo.Az saytının məlumatına görə, “cırtdan”lar millimizlə oyun üçün 25 futbolçuya dəvət göndərib.

Baş məşqçi Pyer Ancelo Mandzaroli bazar ertəsindən hazırlıqlara başlayacaq və yekunda cümə axşamı 2 oyunçunu yığmadan kənarlaşdıracaq.

Qapıçılar: Cakomo Muraççini, Elia Benedettini, Aldo Simonçini, Mattia Mandzaroli;

Müdafiəçilər: Marko Berardi, Alessandro Della Valle, Davide Sezarini, Kristian Brolli, Davide Simonçini, Covanni Bonini, Mirko Palatsi, Karlo Valentini, Fabio Vitayoli;

Yarımmüdafiəçilər: Pietro Kalzolari, Lorenzo Qasperoni, Luka Çeççaroli, Nikola Kyarutsi, Enriko Qolinuççi, Danilo Rinaldi, Luka Tozi;

Hücumçular: Matteo Vitayoli, Filippo Berardi, Adolfo Hirş, Mattia Stefanelli, Alessandro Bianki. 

Qeyd edək ki, San-Marino – Azərbaycan matçı sentyabrın 4-də saat 18:00-da start götürəcək. Görüş Serravalledə baş tutacaq.

Qaynarinfo.Az