Xəbər lenti

"Cırtdanlar" Azərbaycana qarşı bu heyəti açıqladı
İdman10:05 25.05.2016

"Cırtdanlar" Azərbaycana qarşı bu heyəti açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mayın 26-da Avstriyada millimizlə yoldaşlıq oyunu keçirəcək Andorra yığmasının heyəti açıqlanıb.

Qaynarinfo.az xəbər verir ki, "cırtdan ölkə"nin baş məşqçisi Koldo Alvares de Eulate 18 oyunçuya dəvət göndərib.

Qapıçılar: Xosep Antoni Qomes ("İlyeskas", İspaniya), Ferran Pol ("Andorra");

Müdafiəçilər: İldefons Lima, Xordi Rubio (hər ikisi "Santa Koloma"), Emili Xosep Qarsiya ("Andorra"), Mark Qarsiya ("Rubi", İspaniya), Moyzes Sam Nikolas ("Lusitans"), Maks Lyovera ("Lyeyda", İspaniya);

Yarımmüdafiəçilər: Marsio Vieyra ("Monson", İspaniya), Serxio Moreno ("Yeklano", İspaniya), Mark Vales ("Ospitalet", İspaniya), Kristian Martines, Viktor Rodriqes (hər ikisi "Santa Koloma"), Xordi Alaes ("Andorra");

Hücumçular: Ludovik Klemente, Alexandre Martines (hər ikisi "Andorra"), Aaron Sançes ("Lyeyda", İspaniya), Andreu Matos ("Enqordan").

Qeyd edək ki, Azərbaycan - Andorra oyunu Avstriyanın Bad Erlax bölgəsində keçiriləcək.

Qaynarinfo.az