
Milli komandaların UEFA reytinqi açıqlanıb.
Qaynarinfo.Az saytının məlumatına görə, DÇ-2014 və AÇ-2016-nın final və seçmə mərhələlərinin nəticələrinə, həmçinin DÇ-2018-in ilk təsnifat oyunlarına əsasən tərtib olunan cədvəldə Avropanın 55 yığması yer alıb.
Azərbaycan millisi siyahının 40-cı pilləsində yer alıb. Komandamızın hesabında 15161 xal var.
San Marino ilə sentyabrın 4-də, səfərdə keçirilən seçmə oyununadək 13941 xalı olan komandamız 1:0 hesablı qələbə sayəsində hesabını 2220 vahid artırıb. Bu da 2 pillə irəliləmək üçün yetərli olub. Komandamız Estoniya (15060) və Gürcüstanı (14623) arxada qoyub.
Qeyd edək ki, cədvələ Almaniya başçılıq edir. Bundestimin 29258 xalı var.
Qaynarinfo.Az