Xəbər lenti

"Deməli, xristianamsa, kafirəm" - İdmançımız xaç gəzdirməsi barədə danışdı
İdman13:12 28.06.2016

"Deməli, xristianamsa, kafirəm" - İdmançımız xaç gəzdirməsi barədə danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanlı taekvondoçu Fəridə Əzizovanın geyimi geniş müzakirələrə səbəb olub. 

Qaynarinfo.az xəbər verir ki, 21 yaşlı taekvondoçunun sosial şəbəkədə paylaşdığı çimərlik geyimindəki fotoları və xaç işarəsi olan boyunbağısı birmənalı qarşılanmayıb.

Əzizova bununla bağlı sosial şəbəkədəki şəxsi hesabında fikirlərini bölüşüb. O bu cür məsələlərə münasibət bildirənlərin heç nə ilə qane olmadığını yazıb. İdmançı qızın fikirlərini diqqətinizə çatdırırıq:

"Bəzi adamların həyatı o qədər maraqsız keçir ki, başqalarının həyatına özlərini zorla soxurlar. Susuramsa, o demək deyil ki, heç nə eşitmirəm! Sadəcə, bəzilərinin sözlərinə fikir versəydim, indi olimpiadaya hazırlaşmazdım, dəlixanada oturub göydəki quşları sayardım. Oğlan kimi geyinirəmsə, yaxşı edirəm. Mən 176 sm boyla, bu cür əzələylə, anadan gəlmə əyri ayaqlarımla qız paltarı geyinib "qvazimoda"ya oxşayanda nə danışacaqsınız? Deməli, xristianamsa, kafirəm, başımı bağlasam, vəhabi olacam. Oğlan kimi də geyinirəmsə, bir söz deyin. Qızla, dostlarımla şəkil çəkdirsəm, ağzınıza gələni danışırsınız, oğlanlarla şəkil çəkdirsəm, nə edəcəksiniz? Normalda qızın dostu da qız olar. Sizi nə iləsə qane etmək mümkündür?"

Qeyd edək ki, Fəridə Əzizova 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 67 kq çəkidə Azərbaycanı təmsil edəcək.

Qaynarinfo.az